Ölkə

Bakıda dəhşət: 9 yaşlı qız yelləncəkdə öldü

28 İyun 2016 11:22
15 Şərh     Baxış: 3 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 26-da Bakıda azyaşlı qızın yelləncəkdə ipin boğazına dolaşması nəticəsində boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Qaraçuxur qəsəbəsindəki fərdi yaşayış evinin bağçasında 9 yaşlı Arzu Hacıyeva bədbəxt hadisə ilə üzləşərkən onun valideynləri evdə olmayıblar. Həmin vaxt onun nənəsi və babası evdə imişlər. Bağçada oynayan A.Hacıyevanın gəlmədiyini görən nənəsi həyətə düşərək onu axtarmağa başlayıb. Qadın evin qarşısında qızı tapmadıqdan sonra arxa bağçaya keçib və burada dəhşətli mənzərə ilə üzləşib. Nənə-babası 9 yaşlı Arzuya kömək etmək istəsələr də artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.