Ölkə

Millət vəkili: "Polisə keçənədək hərbçi olmuşam"

27 İyun 2016 19:38
Baxış: 4 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millət vəkilləri arasında yeganə dənizçi mən olmuşam. Dünya okeanlarını gəzmişəm. Sualtı gəmidən tutmuş digər hərbi gəmilərədək üzüb xidmət etmişəm.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Gənclər və idman komitələrinin üzvü Adil Əliyev deyib.

Millət vəkili qeyd edib ki, o, əslində ixtisasca hərbçidir: "Mən 5 il Rusiyanın Sankt-Peterburq şəhərində Ali Hərbi Dənizçilik Akademiyasında təhsil almışam, sonra məzun olmuşam. Daha sonra Azərbaycanda Hərbi Dəniz Qüvvələrində və Quru Qoşunlarında xidmət etmişəm. Zabitəm, şturmanam. Baş leytenant olanda isə polis sisteminə keçmişəm. Amma 1994-cü ilədək hərbçi olmuşam".

A. Əliyev onu da əlavə edib ki, bu gün sağlamlığı yerində olan bütün gənclər Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyi özünə şərəf bilməlidir.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.