Ölkə

Başı kəsilən qızın GİZLİ MESAJları üzə çıxdı

22 İyun 2016 17:15
40 Şərh     Baxış: 24 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti tapılıb. Onu hansı səbəbdən və kim tərəfindən qətlə yetirilməsi hələ də məlum deyil.

Milli.Az bildirir ki, G.Gülməmmədovanın əmisi Natiq Gülməmmmədov azvision.az-a açıqlamasında qatilin tapılması üçün axtarışların davam etdirildiyini deyib.

"Günayın kim tərəfindən öldürülməsini bilmirik. Ailənin heç kimlə problemi, ədavəti olmayıb. Qardaşım sakit insandır. Hazırda o, xəstə olduğu üçün gəzə bilmir. Bizim nəslimizdə ilk dəfədir, belə qətl hadisəsi baş verib. Bu, dəhşətli qətldir. Günayı öldürən normal insan ola bilməz. Belə cinayəti ancaq terrorçular, İŞİD-çilər törədə bilər".

Əmisinin sözlərinə görə, poli əməkdaşları tərəfindən G.Gülməmmədovanın bir oğlanla danışdığı aşkar edilib: "Araşdırma zamanı Günayın telefonunda gizli mesajlar tapılıb. O, kiminləsə mesajlaşırmış. Polis əməkdaşları hazırda həmin şəxsin müəyyən edilməsi istiqamətində iş aparırlar. Bəlkə də hadisəni həmin şəxs törədib. Polis tərəfindən mesajlar yoxlanılıb. Həmin şəxs polisə ifadə verəcək. Biz onun kim olduğunu bilmirik. Ailə üzvləri Günayın oğlanla danışdığından xəbərsiz olublar. Mesajlar onun ölümündən sonra ortaya çıxıb.

Cinayətin baş verdiyi axşam Günay evdəkilərə qonşuya getdiyini deyib. O, beş dəqiqəyə evə qayıdacağını bildirib. Amma qayıtmayıb. Bir neçə saatdan sonra Günayın başı kəsilmiş vəziyyətdə meyiti tapıldı". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.