Ölkə

İmtahanın nəticələri AÇIQLANDI

20 May 2016 15:38
0 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb.

Milli.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya istinadən bildirir ki, may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfəri 600‑700 bal (0.06 %), 57 nəfəri 500-599 bal (0.42 %), 291 nəfəri 400-499 bal (2.14 %), 823 nəfəri 300-399 bal (6.06 %), 2140 nəfəri 200-299 bal (15.75 %), 10270 nəfəri isə 0-199 bal (75.58 %) toplayıb.
 
Xatırladırıq ki, əvvəlki illərin məzunları ötən illərdə keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.