Ölkə

Məktəbli formaları BAHALAŞIR

12 May 2016 12:59
18 Şərh     Baxış: 2 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti tədris ili üçün məktəbli formalarının qiymətində dəyişiklik olacaq.

Milli.Az bildirir ki, bu haqda modern.az-a Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verib.

Şöbə müdiri dəyişikliyi manatın devalvasiyası ilə əlaqələndirib:

"Hələlik növbəti tədris ili üçün işlərə başlamamışıq. Amma dollar bahalaşdığından məktəbli formalarının bahalaşması qaçılmazdır.

Biz əslində bahalaşmanı istəmirik. Amma geyimlərin tikilməsi üçün parça Türkiyədən dollarla alındığına görə bahalaşma olacaq".

E.Əzimov məktəbli formalarının nə qədər bahalaşacağının hələlik dəqiqləşmədiyini bildirib:

"Hələlik bahalaşmanın miqdarı bilinmir. İşlərə başlanandan sonra məbləğ də açıqlanacaq".

Qeyd edək ki, hazırda I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagirdləri üçün 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagirdləri üçün isə 52 manat olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.