Ölkə

Bakıda analoqu olmayan yenilik - FOTO

30 Aprel 2016 10:31
14 Şərh     Baxış: 8 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dünyada analoqu olmayan ödəmə terminalları peyda olub.

Milli.Az xəbər verir ki, paytaxtın Azneft dairəsindəki yeraltı piyada keçidindəki ödəmə terminalları digərlərindən fərqli olaraq "qeyri-adi xidmət funksiyası"na malikdir. 

Həmin terminallar müxtəlif təyinatlı ödəmə aparmaqla yanaşı, zibil qutusu rolunu da oynaya bilir. Belə ki, insanlar terminalda əməliyyat apardıqdan sonra çıxan qəbzi və ya əlinizdəki digər zibili cihaza calaq edilmiş "zibil qutusu"na ata bilərlər. Bu kommunal xidmət sektorunda əməlli-başlı "inkişaf" deməkdir.

Ərazidə mütəmadi olaraq xarici turistlərə də tez-tez rast gəldiyindən bu "kreativ ideya"nın gələcəkdə digər ölkələrdə nümunə kimi istifadə olunacağı da istisna edilmir...

Pünhan Mirzə
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.