TQDK Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunların elektron ərizələrini rahat təsdiq etmələri üçün səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradır.
Milli.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, səyyar SQK-lar hər üç rayonda 11-15 aprel, saat 10:00-17:00 tarixlərində fəaliyyət göstərəcək.
Qeyd edək ki, SQK Füzuli rayonunda Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr., Tərtər rayonunda Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2, Goranboy rayonunda Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2 ünvanında yerləşəcək.
Milli.Az