Ölkə

Ali məktəblərin lisenziya haqqı nə qədərdir?

15 Fevral 2016 16:21
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr tarixli 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyinin Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsindən bildiriblər.
 
Qeyd olunub ki, prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21.12.2015-ci il tarixli 713 nömrəli fərmanının qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilib: "Həmin fərmanla təsdiq edilmiş "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nə əsasən aşağıdakı təhsil müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılması və bununla bağlı ödənilən dövlət rüsumunun məbləğləri müəyyən edilib: məktəbəqədər təhsil müəssisələri - 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 2000 manat, ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) - 2000 manat, orta ixtisas təhsili müəssisələri - 2000 manat, ali təhsil müəssisələri - 2750 manat, əlavə təhsil müəssisələri - 1500 manat, dini orta ixtisas təhsili müəssisələri- 2000 manat və ali dini təhsil müəssisələri - 2750 manat".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.