Ölkə

Ramil Usubov Nardaranda həlak olmuş polisin yas mərasimində - FOTO

28 Noyabr 2015 18:23
8 Şərh     Baxış: 8 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü Tağıyev Rəsul İsmayıl oğlunun hüzr mərasimi keçirilir.

Mərhumun doğulduğu Lənkəran şəhərinə qayıdan ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib. Mərasimə daxili işlər naziri Ramil Usubov və nazirliyin yüksək rütbəli şəxsləri də qatılıb.

Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub.

Ağır atletika üzrə Avropa çempionu Rəsul Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan prezidenti İlham Əliyev ölümləridən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.