Ölkə

Nazir vətəndaşa araba verdi

27 Noyabr 2015 16:04
0 Şərh     Baxış: 1 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda vətəndaşlarla görüşüb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, nazir Beyləqan, Kürdəmir, Ucar, Zərdab, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Vətəndaşların müraciətlərində, əsasən, məşğulluğun təmin olunmasına köməklik, dövlət büdcəsi hesabına minik avtomobili və mənzil, reabilitasiya vasitələri ilə təmin edilmə, bərpa-müalicə, əmək hüquqlarının müdafiəsi və digər məsələlər əksini tapıb.

Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə araşdırılaraq konkret tədbirlər görülüb. İş yeri ilə təmin olunmaq istəyən vətəndaşlardan bir çoxuna münasib iş yerlərinə göndərişlər verilib. Digərlərinin qısa müddət ərzində yaşadıqları ərazi üzrə məşğulluğunun təmin ediləcəyi bildirilib.

Həmçinin müraciətinə əsasən bir nəfər əlilliyi olan şəxsə əlil arabası verilib. Mənzil növbəsinə dayanmaq üçün müraciət edən şəxslərə bununla əlaqədar izahatlar verilib, onların aidiyyəti rayon icra hakimiyyətləri tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındıqları qeyd olunub. Qəbul zamanı ayrı-ayrı vətəndaşların bərpa-müalicəsi, sosial təminat növləri ilə təmin olunma, əlilliyinin müəyyən edilməsi və başqa məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi tapşırılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.