Ölkə

İntihar edən tələbə qızın son statusu: "Tək istədiyim..." - VİDEO

26 Noyabr 2015 17:08
68 Şərh     Baxış: 31 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nizami rayonunda baş verən intihar hadisəsi ilə bağlı APA TV bəzi təfərrüatlar əldə edib.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumata görə, tələbə qız mobil telefonundakı bütün nömrələri sildikdən sonra operator kartını sındırıb. Özünü damdan atdıqdan sonra əvvəlcə ağaclardan birinin üzərinə düşən Türkan Həsənzadə daha sonra yerə yıxılıb.

Qeyd edək ki, o, intihar etməmişdən öncə, dünən gecə saatlarında öz Feysbuk səhifəsində "tək istədiyim öz həyatımı yaşamaq idi" statusunu paylaşıb. Türkan Həsənzadə Tibb Universitetinin IV kurs tələbəsi olub.

İntiharın dəqiq səbəbi araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikəyin.​

Tələbə qızın son statusu: Tək istədiyim öz həyatımı yaşamaq idi - VİDEO

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.