Ölkə

"Elnur Məmmədli dərhal cəzalandırılmalıdr"

8 İyun 2015 17:54
39 Şərh     Baxış: 39 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli bu gün mətbuatda peşə fəaliyyəti ilə bir araya sığmayan açıqlama verib. İdmançı hazırda Bakı şəhərində bir neçə supermarketin sahibi olduğunu deyib. Bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşı, Cüdo Federasiyasında vitse-prezident vəzifəsində çalışmaqla yanaşı, Bakıda "Nömrə 1" adlı 6 supermarketi fəaliyyət göstərir.

O, eyni zamanda arzusunun general olmasını da dilə gətirib. 

Hüquqşünaslar isə hesab edirlər ki, dövlət qulluqçuları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. "Hüquqi Dövlət" araşdırmalar mərkəzinin rəhbəri Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respblikası qanununa görə biznes fəaliyyəti ilə məşğul olmaq qadağan olunur. "Polis haqqında qanunda" da nəzərdə tutulub ki, polis əməkdaşları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Bura Azərbaycandır və bu kimi məslələr başqa cür tənzimlənir. 

"Məndə olan məlumata görə, artıq Rusiyada buna gediblər və Azərbaycanda da tətbiq etmək istəyirlər ki, dövlət qulluqçularının da sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilsin. Ola bilər ki, bəzi təsirlər olsun və qanunda dövlət qulluqçularının sahibkarlıq fəaliyyətinə icazə verilsin. Amma indiki halda bu qanun tələblərinin kobud pozulmasıdır", - deyə ekspert vurğuladı. 

Qanuna istinad edən M.Baxış qeyd etdi ki, Polis haqqında 28 okrtyabr 1998-ci il də qəbul olunmuş qanunun 32-ci maddəsində birbaşa göstərilir ki, polis əməkdaşı heç bir seçkili və başqa təyinatlı vəzifə tuta bilməz. Elmi, pedaqoji və yaradıcı fəaliyyətdən baqa heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Elmi, pedaqoji və yaradıcı fəaliyyətindən başqa heç bir məvacib ala bilməz. Elnur Məmmədli bines fəaliyyəti ilə mşğul olduğunu deyibsə, bu, birbaşa qanun pountusudur. Belə adamlar dərhal məsuliyyətə cəlb edilib cəzalandırılmalıdır. Elə həmin qanunun 34-cü maddənin 4-cü bəndində göstərilir ki, polis fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda polis sıralarından xaric edilməlidir.

Hüquqşunas Elnur Məmmədlinin binznes fəaliyyəti ilə bağlı fikirlərinə görə cəzalandırmasına inanmır: "Elnur Məmmədli sahibkarlıqla məşğul olduğunu deyirsə, demək, polis fəaliyyəti ilə bir araya sığmayan işlə məşğul olduğuna görə polis sıralarından çıxarılmalıdır. Polis necə sahibkarlıqla məşğul ola bilər? Onun bir dəqiqə boş vaxtı olmamalıdır. Sahibkarlıq başqa bir fəaliyyətdir".

Daxili İşlər Nazirliyinin məbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə E.Məmmədlinin fəaliyyəti ilə bağlı Milli.Az-a açıqlama verməyərək cavab almaq üçün başqa ünvan göstərdi: "Nazirlikdə jurnalistlərin suallarını başqa bir şöbə araşdırır. Orxan Mansurzadə ilə əlaqə saxlayın".
Gün ərzində çoxsaylı telefon zənglərinə baqxmayaraq, O.Mansurzadə ilə danınışmaq mümkün olmadı. 

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.