08:19
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən parkda 39 yaşlı qadın amansızcasına qətlə yetirilib.
Hadisəni törədən şəxsin isə onun həyat yoldaşı olduğu bildirilir. Şahidlərin sözlərinə görə, qətl qısqanclıq zəminində baş verib.
"Gördüm ki, qadın yıxılıb. Dedilər, bıçaqla vurulub. Oğlan hündürboy idi, elə bil ki, "nəşə" çəkmişdi", - hadisə şahidi deyib.
Qeyd edək ki, öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (bakutv)
---------------
2025.04.08
Bakıda qətl hadisəsi olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib.
45 yaşlı Natiq Zakir oğlu Məhərrəmov qısqanclıq zəminində arvadı 39 yaşlı Sevinc Tofiq qızını bıçaqla öldürüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən N.Məhərrəmov tutulub.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az