Ölkə

Nail Abdullayev “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

1 İyul 2024 13:07
Baxış: 6 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.

Milli.Az bildirir ki, banker.az-ın məlumatına görə, bu vəzifəyə Nail Abdullayev təyinat alıb. O, bu yeni və əsas rolda  "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edəcək.

2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi"
bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi" (MBA) üzrə isə magistr təhsili alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.