Dünya

Başlandı: “Bayraqdar” Donbasda ilk zərbəsini endirdi - VİDEO

27 Oktyabr 2021 14:36
1 Şərh     Baxış: 1 632

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Bayraqdar" PUA-sından Donbasda zərbə endirildiyi xəbərini təsdiqləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Baş Qərargah PUA-nın düşmənin topunu məhv etdiyini açıqlayıb və videosunu yayıb.

"Bu gün, 26 oktyabr 2021-ci ildə baş komandan general-leytenant Valeri Zalujnının əmri ilə ilk dəfə "Bayraqdar" PUA-sından döyüş məqsədilə istifadə edilib", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, D-30 habitsasından Qranitnoe qəsəbəsi yaxınlığında hərbçilərə atış açılıb, nəticədə bir həbrçi ölüb, biri isə yaralanıb.

Ukrayna ordusu atəşin kəsilməsi üçün çağırış etsə də, qarşı tərəf susmayıb. Bundan sonra "Bayraqdar" havaya qaldırılıb və haubitsa məhv edilib.

Qeyd edək ki, bundan öncə məlumat və videonu ukraynalı könüllüyə istinadla Ukraynanın Senzor.net saytının baş redaktoru Yuri Butusov yaymışdı.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Drakon · 27 Oktyabr 15:3930

    Xeyirli olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.