Rusiyada tankçılarımıza qarşı süni əngəl - Mane ola bilmədilər! - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın paytaxtı Moskvada "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsi davam edir. Müsabiqənin yarımfinal mərhələsində uğurla çıxış edən tankçılarımız finala yüksəlib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, heç də asan olmayıb. Burada söhbət təkcə hərbçilərimizin təcrübə və ya hazırlığından getmir.
Belə ki, Azərbaycan tankçıları Rusiyada keçirilən müsabiqədə süni əngəllərlə üzləşiblər.
Məsələ burasındadır ki, yarış Moskvada keçirildiyindən iştirakçı ölkələrə tanklar Rusiya Müdafiə Nazirliyi tərəfindən verilir. Burada isə tankçılarımız ayrıseçkiliklə üzləşib.
.jpg)
İş burasındadır ki, digər iştirakçı ölkələrdən fərqli olaraq, Azərbaycan hərbçilərinə qərəzli yanaşılıb və təmsilçimizə digər iştirakçılardan fərqli olaraq, qismən köhnə model və texniki cəhətdən zəif tanklar verilib. Nəticədə, bu tankların hərəkət qabiliyyəti çox zəif olub. Hədəfləri aydın şəkildə görmək üçün istifadə olunan müşahidə pəncərəsi (Tripleks) də çirkli olub ki, bu da istər-istəməz tankçılarımıza əlavə çətinliklər yaradıb.
.jpg)
Yaradılan süni problemlərə baxmayaraq, Azərbaycan tankçıları bu çətinliklərin də öhdəsindən gələrək uğurla növbəti mərhələyə keçə biliblər. Bu da sözsüz ki, tankçılarımızın Vətən müharibəsində göstərdikləri şücaətin və döyüş zamanı qazandıqları təcrübənin bariz nümunəsidir.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
XƏBƏR LENTİ
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır





