Dünya

Səudiyyə Ərəbistanında 12 yaşdan yuxarı şagirdlər üçün vaksinasiya məcburidir

23 Avqust 2021 20:51
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tədris ilində Səudiyyə Ərəbistanında vaksin olunmamış 12 yaşdan yuxarı şagirdlər məktəblərə buraxılmayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Krallığın Təhsil Nazirliyi bu yaş qrupuna aid uşaqların kütləvi vaksinasiyasına başlandığını elan edib.

Səudiyyə Ərəbistanının təhsil naziri Həməd Əl-Şeyx jurnalistlərə müsahibəsində bildirib ki, məktəbə gedəcək bütün şagirdlər, habelə universitet tələbələri iki doza vaksinasiya haqqında pasport almalıdırlar. O əlavə edib ki, bu kampaniyanı tezliklə başa çatdırmaq məqsədilə Səhiyyə Nazirliyi xüsusi briqadalar təşkil edib.

Misirdə isə vaksinasiyanın məcburiliyi yalnız 18 yaşdan yuxarı universitet tələbələrinə aid olacaq. Bu ölkənin Təhsil Nazirliyi bəyan edib ki, yeni tədris ilində bütün universitetlərin tələbələri və müəllim heyəti vaksinasiya pasportu almalıdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.