Dünya

Fransada məcburi peyvəndə qarşı aksiya - 3 polis yaralandı, 19 etirazçı həbs edildi

1 Avqust 2021 09:11
0 Şərh     Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.

Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.