Dünya

Koronavirusun yeni növü aşkarlandı: LAMBDA

8 İyul 2021 16:48
2 Şərh     Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya Hindistanda aşkar edilən koronavirusun Delta növünün narahatlığını yaşayarkən Perudan pis xəbər gəldi. Peruda ortaya çıxan koronavirusun "Lambda" növü artıq yayılmağa başlayıb.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, "Lambda" bu günə qədər 30 ölkəyə yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Lambda"nın daha yoluxucu və peyvəndlərə qarşı davamlı ola biləcəyindən narahatlığını bildirib. Onun virusun digər növlərindən fərqli əlaməti bağırsaq problemlərini yaratmasıdır.

Qeyd edək ki, dünyada sürətlə yayılan Delta variantı bu günə qədər 65 ölkədə aşkar edilib. Qriplə qarışdırılan virusun bu növündə yeni bir əlamət də aşkarlanıb. Belə ki, bu virusa yoluxanlar tədricən eşitməni də itirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.