“Azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda...” - Paşinyan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müvəqqəti Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezident olduğu dövrdə ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı vasitəçilərinə göndərdiyi vacib məktubdan və danışıqların digər gizli detallarından danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, devrilən birinin müsahibəsi danışıqlar prosesinə dair yeni detalları aşkarlamaq üçün yaxşı bir fürsətdir. Belə ki, bu mövzuda əvvəllər müəyyən məhdudiyyətlər olub.
O qeyd edib ki, danışıqlar sənədləri arasında Sarkisyanın vasitəçilərə bir məktubu var:
"Vaxt keçdikcə müəyyən danışıqlar sənədləri açılacaq, hamımız biləcəyik ki, Serj Sarkisyan bir dəfə vasitəçilərə məktub yazaraq, təklif olunan referendum çərçivəsində nə qədər azərbaycanlının Dağlıq Qarabağ sakini sayılacağına dair bəzi narahatlıqlarının olduğunu bildirmişdi".
Paşinyan çıxışında detalları açıqlamaq fürsətinə görə Sarkisyana təşəkkür edib. Belə ki, Paşinyanın sözlərinə görə, bir neçə ay əvvəl o, azərbaycanlıların Şuşaya qayıtması barədə danışanda keçmiş Ermənistan hakimiyyəti danışıqlar prosesində bu məsələnin olmadığını iddia edirdi.
"Bu faktdan bilirik ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da bu potensial referenduma qatılmalıdırlar. Bu baxımdan Sarkisyana mənə fürsət verdiyinə görə təşəkkür etmək istəyirəm, çünki bir neçə ay əvvəl Şuşa haqqında danışanda danışıqlar prosesində heç vaxt belə bir məsələnin olmadığını demişdilər. Sual: O zaman Dağlıq Qarabağ sakinləri olan azərbaycanlılar harada yaşamalı idilər? Ümid edirəm, hamı bu sualın cavabını başa düşür",- deyə Paşinyan vurğulayıb.
Paşinyan Qarabağla bağlı danışıqların məzmununun hələ o, hakimiyyətə gəlməzdən əvvəl, 2015- 2016-cı illərdə dəyişdiyini qeyd edib.
O, eks-prezidenti 2015-ci ilin payızı - 2016-cı ilin qışında Aprel döyüşlərindən əvvəl baş verən hadisələr barədə danışmağa çağırıb.
"Bunu sübut edən sənədlər, danışıqlar protokolları var. 2018-ci ildə bu sənədlərlə işləmişəm. Bəlkə bəlli olacaq ki, bu dövrdə vasitəçilər Azərbaycanın mövqeyini dəstəkləməyə başladılar?, - deyə N. Paşinyan söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





