Dünya

Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb

13 Aprel 2021 17:14
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə pandemiya başlayandan bəri ən ağır dövrdən keçir.

Milli.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib.

COVID-19 müddətindəki şərtlərin hər kəsi yorduğunu, problemin yumşaldığı sırada yeni çətinliklərin ortaya çıxdığını deyən nazir bunun dünyanın hər yerində müşahidə olunduğunu vurğulayıb:

"Statistikaya və cəmiyyətin azalan psixoloji tənəzzülünə baxdığımızda ölkəmizin pandemiya dövrünün başlanmasından bəri ən mürəkkəb vaxtdan keçdiyini demək olar", - deyə nazir vurğulayıb. 

O, aprelin 10-dan bəri gündəlik yoluxma sayının 52 676, vəfat edənlərin isə 248 nəfər olduğunu deyərək, ümumi yoluxmanın 3,7 milyonu keçdiyini, vəfat edənlərin isə 33,7 mindən çox olduğunu bildirib.

F.Kocanın sözlərinə görə, yoluxmaların 85 faizi Britaniya ştammı ilə bağlıdır. Bununla belə ölkədə digər mutasiyalar da görünüb, 166 nəfərdə isə COVID-19-un Braziliya ştammı müəyyən olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.