Dünya

Türkiyədə 199 nəfər koronavirusun yeni variantına yoluxub

4 Fevral 2021 09:11
Baxış: 647
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə koronavirusun mutasiyasına uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Brazilya variantı aşkarlanıb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı açıqlamasında bildirib.

Nazir bundan başqa özünün Twitter səhifəsində yazıb ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır: "Yeni mutasiyaların rast gəlindiyi və yoluxmaların artdığı bu günlərdə mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik. Qapalı və kütləvi yerlərdən xüsusilə uzaq durmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.