Koronavirusun "Britaniya ştammı" öldürücülüyü ilə deyil, daha sürətlə yayılması ilə fərqlənir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya alimləri koronavirusun "Britaniya ştammı"nın mikroskopla fotosunu çəkiblər. Qeyd olunur ki, bu, dünyada ilk belə hadisədir. Bir neçə ölkədə sürətlə yayılmağa başlayan koronavirusun mutasiyası ilə bağlı elmi tədqiqatlar aparılıb. Müəyyən edilib ki, virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalı 35 faiz və daha çoxdur. Lakin sevindirici məqam odur ki, öldürücülük qabiliyyətinin daha yüksək olması ilə bağlı şayiələr tamamilə əsassızdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb elmləri doktoru Nuran Abdullayev bu barədə deyib: "Son vaxtlar koronavirusun "Britaniya ştammı"nın müalicəsinin fərqli və daha öldürücü olması barədə fikirlər səslənir. Bu, qətiyyən doğru deyil. Həmin mutasiyaya görə yaranan problem ondan ibarətdir ki, yoluxma əmsalı çox olduğuna görə insanlar arasında tez yayılmaq imkanına malikdir, bu da səhiyyə sistemləri üçün müəyyən çətinliklər yarada bilər".
Digər elmi iddialardan biri də odur ki, virusun mutasiyasının yoluxanların xəstəliyi simptomsuz keçirməsidir, yəni yoluxan şəxs özü də çox vaxt bundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir. Canlı ünsiyyət zamanı isə başqalarını da yoluxdurur.
"Britaniyada yayılan mutasiyaya uğramış virus bir insana yoluxandan sonra ətrafdakıların 15 faizini yoluxdura bilir. İndiyə qədər bizə məlum olan virus isə ətrafdakıların 11 faizini yoluxdura bilir. Bu, həmin virusun yoluxduruculuğunun daha yüksək olduğunu göstərir", - deyə N. Abdullayev bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz





