Dünya

Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi

19 Yanvar 2021 14:29
Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron nazirlərə koronavirus vaksinasiyası barədə danışmağı qadağan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən mövzuda yalnız Baş nazir Jan Kasteks, səhiyyə naziri Oliver Veran, sənaye işləri dövlət naziri Aqnes Panniyer-Runaçer və hökumət sözçüsü Qabriel Attal danışa bilər.

Prezident digər nazirlərin açıqlama verəcəkləri təqdirdə istefalarının mümkünlüyünü qeyd edib.

Bildirilib ki, Makron ölkədəki vaksinasiya strategiyasından və bəzi nazirlərin açıqlamalarından narazıdır, vaksin və pandemiya ilə bağlı yanlış addımların atılmasına tolerantlıq göstərmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.