Dünya

Türkiyədə COVID-19-dan 170 nəfər ölüb - FOTO

14 Yanvar 2021 21:28
Baxış: 367

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 170 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 8 962 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 9 011, ağır xəstələr isə 2 512 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 364 801  nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 236 938 nəfər sağalıb, 23 945 nəfər isə ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.