Dünya

“Putinlə peyvənd idxalını müzakirə edirik” - Ərdoğan

28 Noyabr 2020 14:15
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə koronavirus peyvəndlərinin idxalını müzakirə etdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyə və Çin Səhiyyə Nazirlikləri səviyyəsində bu sahədə dialoq aparılır.

Onun sözlərinə görə, koronavirusa qarşı yerli peyvəndin yaradılması üzrə fəal iş davam edir.

Dövlət başçısı son günlər Türkiyədə "COVID-19"un sürətlə artmasını da şərh edib: "Təəssüf ki, koronavirus səbəbindən yoluxma və ölüm statistikası artır. Bu da bizi narahat etməyə bilməz".

Türkiyə Prezidenti vətəndaşları sosial məsafə tədbirlərini nəzərə almağa və maska taxmağa çağırıb: "Bu, xüsusilə böyük şəhərlərin sakinlərinə aiddir. Əks təqdirdə xəstəliyin artması qaçılmazdır".

Türkiyə lideri ölkənin xəstəxanalarında yer azlığı olmadığını da qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.