Dünya

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

13 Avqust 2020 07:15
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə-Pələng" əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, əməliyyat Haftanin rayonunda aviasiyanın dəstəyi ilə həyata keçirilib.

Əməliyyatlar zamanı mülki şəxslərə və yaşayış məntəqələrinə hücum edilmədiyi qeyd olunur.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.