Dünya

Brüssel metrosunda sərnişin yoluxucu xəstəliyi yaymağa cəhd etdi

12 Mart 2020 23:39
0 Şərh     Baxış: 2 336
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Belçikada metroda yoluxucu xəstəliyi yaymağa çalışan şəxsin sosial şəbəkələrdə videogörüntüsü yayılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə paytaxt Brüssel şəhərində qeydə alınıb.

Belə ki, metroda sərnişinlərdən biri maskasını aşağı endirərək barmaqlarını ağzına salıb və tüpürcəkli əllərini tutacaqlara sürtüb.

Görüntü sosial şəbəkədə yayıldıqdan sonra qatarın hərəkəti dayandırılıb, bütün vaqonlar dezinfeksiya edilib, həmin şəxs isə polis tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.