Dünya

Siyara fırtınası Böyük Britaniyada həyatı iflic edib

9 Fevral 2020 19:05
0 Şərh     Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyara fırtınası Böyük Britaniyada həyatı iflic edib. Külək və leysan yağışları nəqliyyatın hərəkətinə maneələr törədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Hava Yolları şirkəti Hitrou, Qatvik və Siti hava limanlarından bəzi uçuşları ləğv edib.

Nəqliyyat agentliyi sərnişinlərdən yalnız zəruri hallarda qatarla səyahət etmələrini məsləhət görüb. Bəzi dəmir yolu şirkətləri isə bazar günü fəaliyyət göstərməyəcəklərini açıqlayıb. Ölkə ərazisində bir çox yerləri su basdığından nəqliyyatın hərəkətində problemlər yaranıb.

Premyer Liqa oyunu da daxil olmaqla bir çox idman tədbirləri ləğv edilib.

Ölkə ərazisindən 200-dən çox daşqın xəbərdarlığı edilib. Hidrometeorologiya Mərkəzi baş verən fırtınanın 2013-cü ildən bəri olan ən güclü fırtına olduğunu elan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.