Dünya

Bu ölkədə "Uber"ə qadağa qoyuldu

3 Fevral 2020 22:40
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyadakı telefon tətbiqetmələri üzərində özəl nəqliyyat xidməti göstərən "Uber" Kolumbiya Sənaye Məhkəməsinin qərarından sonra ölkədəki fəaliyyətinə son qoyub.

Milli.Az xəbər verir ki, ölkədəki şirkətlərdən biri olan "Cotech" "Uber"i ədalətsiz rəqabətdə ittiham edib.

Kolumbiya Nəqliyyat Nazirliyinin ölkəyə girməsindən bəri qanunsuz hesab etdiyi "Uber" və Kolumbiya səlahiyyətliləri əvvəlcədən sürücülərin sığortası və ya vergi ödəmək kimi şərtlərlə bağlı danışıqlar aparsalar da, ancaq razılıq əldə edilməyib. Fevralın 1-dən məhkəmə qərarı ilə Kolumbiyada 88 min sürücünün istifadə etdiyi "Uber", "Uber X" və "Uber VAN" fəaliyyətini dayandırıb.

Qeyd edək ki, "Uber" qərarı "özbaşına" adlandırsa da, ölkəni tərk edəcəyini açıqlayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.