Dünya

Təyyarədə sərnişin öldü, təcili eniş etdi

21 Yanvar 2020 20:39
0 Şərh     Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Moskva şəhərindən havaya qalxan təyyarə təcili eniş edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Moskvadan Cənubi Saxalinə gedən təyyarədə sərnişin özünü pis hiss edib.

Bununla əlaqədar olaraq, təyyarə təcili Kazan hava limanına enmək məcburiyyətində qalıb.

Ürək tutması baş verən sərnişinə göyərtədə yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Tatarıstan Səhiyyə İdarəsindən hadisə yerinə gedən tibbi yardım işçilərinin ölüm faktını qeyd etdikləri bildirilir.

Bundan sonra təyyarə Kazan hava limanından Cənubi Saxalinə uçuşu davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.