Gürcüstanda iqtidar savaşı: “İngilis agenti” “rusun adamı”na qarşı - Yeni gəlişmə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın "Lelo" təşkilatının qurucusu və "TBC Bank"ın qurucusu Mamuka Xazaradze Anakliya limanı layihəsinin əngəllənməsinin səbəblərini açıqlayıb.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, milyarder iş adamı layihənin Rusiya qarşısında öhdəlikləri olan keçmiş baş nazir Bidzin İvanişvili tərəfindən əngəlləndiyini bildirib:
"İngilislər tərəfindən Anakliya liman şəhərinin dizaynı tamamlanıb. Yaponlar da bu işə cəlb olunub və Yaponiya hökuməti qrant ayırıb. Rəsmi bildiriş almamışam, layihənin başa çatdığını söyləyə bilmərəm, amma hökumətin gördüyü tədbirlər göstərir ki, onlar Anakliya layihəsinin əleyhinədir".
Gürcü iş adamı liman layihəsinə 20 milyon dollar sərmayənin xərcləndiyini açıqlayıb: "Mən İvanişvili ilə görüşdüm, bu görüş onun iqamətgahında baş tutdu. Söhbət çox ağır başladı, mənə dedi ki, "görünür, siz geosiyasəti başa düşmürsünüz". Amma İvanişvili layihəni dəstəklədiyini də dedi.
Mən ondan soruşdum ki, insanlara nə cavab verəcəyik? Bildirdi ki, bu barədə açıqlama verəcək və hər şey yaxşı olacaq".
Əlavə edək ki, son aylarda siyasi proseslərdə fəallaşan Mamuka Xazaradze Gürcüstan hökumətinin "boz kardinalı" adlandırılan Bidzina İvanişvilinin əsas rəqiblərindən biri sayılır.
Qərbə yaxınlığı ilə seçilən Xazaradzenin sərmayə qoyduğu Anakliya layihəsi ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. İvanişviliyə yaxın çevrələrdə iş adamı "ingilis agenti" adlandırılır.
"Financial Times" Anakliyanı geosiyasi layihə adlandırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq





