Dünya

İranda general Qasım Süleymaniyə sui-qəsd planının üstü açılıb

4 Oktyabr 2019 06:30
8 Şərh     Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 3-də İranın "Tasnim News" xəbər agentliyi general Qasım Süleymaniyə hazırlanan sui-qəsd planının ifşa olunması ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qrupunun rəhbəri Hüseyn Tayyebiyə istinadla məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının hazırladıqları plana əsasən, generalın Kirman şəhərində Aşura mərasimi zamanı qətlə yetirilməsi planlaşdırılıb. Plana əsasən Kirmanda keçirilən Aşura mərasimi zamanı iğtişaş yaradılmalı və qarışıqlıqda general Q.Süleymaninin durduğu yerə bomba atılmalı idi.

H.Tayyebi bildirib ki, SEPAH-ın kəşfiyyat qrupu bu planı ifşa edib. Sui-qəsd planını həyata keçirmək istəyən şəxslərdən üçü həbs edilib. Hazırda istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.