Dünya

Qonşu ölkə yenə "silkələndi"

16 Sentyabr 2019 18:37
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın İsfahan vilayətinin Semirom rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ rayonun Vənək şəhərinin 9 kilometrliyində 8 km dərinlikdə qeydə alınıb.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.