Dünya

Bu raketlərlə ABŞ-da istənilən hədəfi vurmaq olar

11 İyul 2019 20:19
0 Şərh     Baxış: 1 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyanın istehsal etdiyi Hwasong-15 qitələrarası ballistik raket ABŞ-ın istənilən nöqtəsinə çata bilər.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Koreya Qüvvələri (İSFK) rəsmiləri çıxış edib.

Açıqlamada 12 min 874 kilometr mənzilli Hwasong-15 İCBM model raketlərin ABŞ-ın hər bir yerinə çata biləcəyi vurğulanır.

Qeyd edilir ki, Şimali Koreya 2017-ci ilin 29 aprelində Hwasong-15 İCBM model raketin testini həyata keçirib. Hazırda Şimali Koreya ordusunda 5500 kilometrlik Hwasong-13 və 10 min kilometri qət edəcək Hwasong-15 İCBM model raketlər mövcuddur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.