Dünya

Qadın birgə yaşadığı qızını, oğlunu, bacısını və bacı uşaqlarını öldürdü - ABŞ-da

26 Fevral 2019 12:30
1 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 qadının 5 ailə üzvünü öldürməsi ilə bağlı polisə məlumat daxil olub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında ana ilə qızı yaşadıqları evdə 5 ailə üzvünü qətlə yetirib.

Polislər Filadelfiyadan 30 mil məsafədə yerləşən, Morrisvilldəki binanın mənzilindən 5 cəsəd tapıblar.

Cinayətkarların və qurbanlarının adı açıqlanıb. 5 nəfəri öldürən şəxslər 45 yaşlı Shana Decree və 19 yaşlı qızı Dominique Decree-dir. Qadın 19 yaşlı qızı ilə birləşərək digər qızını, oğlunu, bacısını və iki bacısı uşağını qətlə yetirib.

Cinayəti törədən ana və qız saxlanılıb.

Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, qadının 17 yaşlı oğlu sağdır. O, hadisə törədilən zaman evdə olmayıb və cinayətdə şübhəli hesab edilmir.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.