Dünya

Rusiyalı kosmonavtlar 2031-ci ildə Aya uçacaqlar

11 Fevral 2019 21:26
2 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ilk ekspedisiyanın heyəti "kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar" üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir. Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.

Bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq startı keçirilməlidir. Həmçinin 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.