Dünya

Pauerliftinq üzrə dünya ikincisi öldürüldü - VİDEO

20 Avqust 2017 10:23
0 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pauerliftinq üzrə dünya ikincisi, rusiyalı Andrey Draçov dünən Xabarovskda qətlə yetirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, küçədə bir sərxoş kişi idmançıya yaxınlaşaraq, hansısa məsələni həll etməyə çalışıb. Draçov cavab verib ki, bunu ayıq başla etmək daha düzgün olardı. Lakin naməlum şəxs dalaşmağa başlayıb.

Bir neçə saniyədən sonra davaya sərxoş şəxsin dostları da qoşulub. Hadisə yerindən Andrey Draçovu təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, dünya çempionatının gümüş medalçısı aldığı zədələrdən dünyasını dəyişib.

32 yaşlı Andrey Draçov 2011-ci ildə pauerliftinq üzrə dünya çempionatında gümüş medal alıb. 2015-ci ildə Uzaq Şərq üzrə mütləq kateqoriyada birinci olub. 2017-ci ildə "Ekstremal bodibildinq" üzrə Primorye diyarının açıq çempionatının qalibi adını qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Pauerliftinq üzrə dünya ikincisi öldürüldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.