Dünya

Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətindədir

18 Avqust 2017 18:21
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazir qeyd edib ki, Türkiyə və Rusiya bir-birlərini tamamlayır və rəqib deyillər: "Bizim təklifimiz var ki, Türkiyə Avrasiya İqtisadi İttifaqı ilə gömrük sazişi bağlamaq barədə danışıqlara başlasın. Türkiyə Aİ ilə müvafiq sazişləri pozmadan Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq yaratmaq istəyir".

N.Zeybekçi əlavə edib ki, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi ötən il 30 faiz artıb: "İki ölkə arasında azad ticarət haqqında saziş tərəfdaşlığı yeni səviyyəyə qaldıracaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.