Dünya

Rus əsgərlər ermənini döydülər

17 Yanvar 2015 22:52
0 Şərh     Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda rus sərhədçilərlə ermənilər arasında dava düşüb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə erməni mətbuatı yazır.

Xəbərə görə, Gümrü şəhərində 2 rus hərbçi yerli sakinlərlə mübahisə edərək dalaşıblar. Rus hərbçilərin içili olduğu bildirilir.

Qeyd edək ki, Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov 6 ermənini öldürmüşdü. Bu etirazlara səbəb olmuşdu. Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşmışdı. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb edirdilər.

Polislərlə nümayişçilər arasında toqquşmlara zamanı isə 14 polis olmaqla 24 nəfər yaralanmışdı.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.