Dünya

Mini-yubkadan İŞİD-ə: İstanbuldakı polisləri bu qadın partladıb - FOTO

17 Yanvar 2015 11:49
0 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yanvarın 6-da İstanbulda polis idarəsinin binasına girərək özünü partladan "canlı bomba" qadının kimliyi bəlli olub. O, əslən Dağıstandan olan 18 yaşlı Moskva sakini Diana Ramazanova idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, D.Ramazanova İŞİD mənsubu olub. O, teraktı gerçəkləşdirəndə hamilə idi.

Diananın əri, çeçen İdris Edelbiyev də İŞİD mənsubudur və İraqda vuruşur.

Çeçenistanı tərk edərək Norveçə yollanan və orada siyasi sığınacaq alan Ə.Edelbiyev ötən ilin əvvəllərində İŞİD-ə qoşulmaq üçün Suriyaya yollanmışdı.
 

Onun xanımı da az sonra ərinin yolunu getməyə üstünlük verib.

Norveçin paytaxtı Oslodan İstanbula turist vizası ilə gedən D.Ramazanova burada belinə "şəhid qurşağı" bağlayıb və polis idarəsinə girərək özünü partladıb.
 

Polisdən verilən məlumata görə, bu teraktı İŞİD hazırlayıb.
 

İdris Edelbiyev 6 həftə əvvəl Suriyada hökumət qoşunları ilə İŞİD arasındakı döyüşlərdən birində məhv olunub.

Diana Ramazanovanın atalığı, Moskvada müəllim işləyən Maqomed Ramazanov deyib: "Qızım əri Əbu ilə sosial şəbəkədə tanış olub. O, Türkiyəyə yollanmazdan əvvəl qatı dindar deyildi. Tam əksinə, Diana mini-yubka geyinməyi, diskotekalarda əylənməyi çox sevirdi. O, Moskvada, Kursk dəmiryol vağzalındakı restoranda ofisiant işləyirdi. Çox açıq-saçıq geyindiyi üçün həmişə onu danlayardım".
 

Diananın anası Rayzanat və Maqomed 7 il əvvəl evləniblər. Onda Diananın 11 yaşı vardı. Toydan sonra Dağıstanın Dərbənd şəhərini tərk edən Ramazanovlar Moskvada yaşamağa başlayıblar.
 

Maqomedlə qızlığı arasında münasibətlər pis olduğundan Rayzanat qızını Dərbəndə yollayıb. Orada orta məktəbi başa vurandan sonra Diana yenidən Moskvaya qayıtmışdı.
 

2014-cü ilin iyunundan bəri Diana Ramazanova Türkiyədə yaşayıb.
 

"Ötən ilin yayında arvadım oğlum və qızımla Dərbəndə yollandılar. Moskvaya dönəndə isə Rayzanat dedi ki, Diana Türkiyəyə istirahətə yollanıb. Kimsədən icazə almamışdı. Onun ərə getməsindən də xəbərim olmayıb. Mənə heç nə deməmişdilər", - Maqomed Ramazanov söyləyib.

İstanbul polisindən verilən məlumata görə, İdrisə ərə gedəndən sonra adını dəyişib "Sümeyra" olan Diana Ramazanova ötən ilin dekabrın 26-da Türkiyəyə gedib, 11 gün İstanbuldakı "Kadıköy Bade Hotel"də qalıb.
 

Daha sonra isə o, polis idarəsində özünü partladıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.