Dünya

Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər

26 Avqust 2014 19:04
0 Şərh     Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi qadın sürücülərin avtomobilin sükanı arxasında bəzənməsinə qadağa qoyub
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.

Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.