Obama Estoniyaya gedir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək."Obamanın Estoniyaya səfəri xüsusilə əhəmiyyətli hadisədir"
Anspress-in məlumatına görə, bu il sentyabrın 4-5-də Uelsdəki Nyuport şəhərində NATO-nun sammiti keçiriləcək.
Estoniya KİV-lərinin məlumatına görə, sammit ərəfəsində, sentyabrın 3-də ABŞ Prezidenti Barak Obama Estoniyaya gələcək. Ağ Evin bəyanatında deyilir: "ABŞ Ukraynadakı son hadisələri nəzərə alaraq Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizi növbəti dəfə dəstəyimizə inandırmaq üçün addımlar atır".
Xarici İşlər Nazirliyinin başçısı Urmas Paetin sözlərinə görə, "Estoniya ilə ABŞ arasında möhkəm, yaxşı və sıx əlaqələr var, Avropada və dünyada sürətli dəyişikliklərin baş verdiyi indiki vaxtda ABŞ Prezidentinin Estoniyaya səfəri xüsusilə əhəmiyyətli hadisədir".
Latviya Prezidenti Andris Berzinş də Barak Obama ilə görüşmək üçün Estoniyaya gələcək. Latviya Prezidenti deyib: "Dünyada vəziyyət dramatik şəkildə dəyişib, buna görə də NATO-nun yeni taktikası, hər bir ölkənin konkret fəaliyyəti və razılaşdırılmış ümumi fəaliyyət məsələləri olduqca vacibdir". Andris Berzinş qeyd edib ki, görüşdə NATO ölkələrinin praktiki təlimlərdə birgə iştirakının da müzakirə edilməsi mümkündür.
Müdafiə naziri Raymond Veyonis bildirib ki, ABŞ Prezidentinin Estoniyaya səfəri regionun təhlükəsizliyinə NATO və ABŞ tərəfindən təminat verilməsi barədə həm Baltikyanı ölkələr üçün, həm də Rusiya üçün aşkar siqnaldır.
Nazir vurğulayıb ki, NATO-nun Uels sammiti ərəfəsində yüksək səviyyədə məsləhətləşmələr müttəfiqlər üçün təhlükəsizliyin təminatını, Avropa üçün təkcə yaxın vaxtlarda yox, həm də daha sonralar təhdidlərin qarşısının alınmasını nəzərdə tutan gələcək strategiyanın formalaşdırılması baxımından vacibdir.
Qeyd edək ki, Barak Obama dövlət başçısı olduğu müddətdə Estoniyaya səfər edən ikinci ABŞ Prezidenti olacaq. 2006-cı ildə prezident Corc Buş (oğul) Estoniyaya səfər etmişdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
Yermak azadlığa buraxıldı
-
Nərimanın baş məşqçisi istefaya göndərildi
-
ABŞ-nin dövlət borcu 450 milyard dollar artıb
-
Çində güclü zəlzələ: Ölənlər və dağıntılar var
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır





