Dünya

London meri: "Bütün islamçılar terrorçudurlar"

26 Avqust 2014 12:11
0 Şərh     Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Britaniyanın paytaxtı Londonun meri Boris Conson Suriyaya və İraqa vuruşmaq üçün yollanan bütün britaniyalıların avtomatik olaraq cinayətkar, suçlu sayılmasını təklif edib.
 

Milli.Az bildirir ki, London meri The Telegraph-da dərc olunmuş köşə yazısında bildirib: "Bu müsəlmanlar günahsız olduqlarını sübut etməyincə onlara potensial terrorçu kimi yanaşmaq gərəkdir.
 

Polis indi belə şəxslərin terror fəaliyyəti ilə bağlı sübutlar əldə etməyincə potensial islamçıları nədəsə suçlamaqda çox çətinlik çəkir.

Sübutlar əldə olunanda isə artıq gec olur və Britaniyanı tərk etmiş britaniyalı müsəlmanlar artıq "İraq və Şam İslam Dövləti"nin terrorçularına çevrilirlər. Bununla bağlı olaraq qanunvericiliyə zəruri dəyişikliklər edilməlidir.
 

Hərbi əməliyyatlar zonasına yollanan və bu barədə rəsmi qurumlara xəbər verməyən adamın ora aprior olaraq terrorçuluq məqsədilə getdiyini bilməliyik. İslamçıların sıralarında vuruşan bütün britaniyalılar isə Britaniya vətəndaşlığından məhrum edilməlidirlər.

İndi İŞİD sıralarında 500 və ya 600 britaniyalı var. İŞİD darmadağın edilərsə, onlar vətənə qayıdacaq və bu adamların arasında çox təhlükəli şəxslər olacaq. Nəzarət sistemi də təkmilləşməlidir. Əgər Britaniya terrorçuların "xəlifət"inin öhdəsindən gələ bilmirsə, hərbi xərclərimizə pul ayırmağa heç bir lüzum yoxdur".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.