Dünya

İsrail Livanın cavabını topla verdi

26 Avqust 2014 09:53
0 Şərh     Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail ordusu raket atəşinə cavab olaraq Livana zərbələr endirib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə,  bu barədə "The Times of Israel" nəşri məlumat yayıb. Məlumata görə, Livan ərazisindən atılan raketlər İsrailin Kiryət Eşmun və Akko yaşayış məntəqələrinə düşüb. Buna cavab olaraq, İsrail ordusu Livanın cənub bölgələrinə artilleriya qurğularından yaylım atəşi açıb.
 
Bundan əvvəl İsrailin nəzarəti altında olan Holan təpələrinə Suriya ərazisindən də bir neçə raket atılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.