Dünya

Merkeli ürəyincə qarşılamadılar

26 Avqust 2014 11:10
0 Şərh     Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Onun baş nazirlə birgə mətbuat konfransı təxirə salındı

Almaniya kansleri Angela Merkelin İspaniyaya səfəri Santyaqo de Kompostelada etirazlarla qarşılanıb.

Anspress-in məlumatına görə, Almaniyanın Avropada yürütdüyü siyasətə qarşı çıxan etirazçılar kanslerin İspaniya baş naziri ilə görüşünün keçirildiyi şəhərdə, "Merkel, Raxoy Qalisiyadan rədd olun" şüarını səsləndiriblər.

Nümayişçilərə görə Avropa Birliyi ölkələrində sadə camaatın əziyyət çəkdiyi sərt iqtisadi islahatlar məhz Almaniya hökumətinin diktəsi ilə həyata keçirilir.

Etirazla əlaqədar Merkelin İspaniya baş naziri Mariana Raxoyla nəzərdə tutulmuş birgə mətbuat konfransı təxirə salınıb. Bu arada ikili görüşdə Merkel iqtisadi böhranla mübarizədə İspaniyanın ortaya qoyduğu səyləri alqışlayıb.

O, Avroqrupun başçısı vəzifəsinə İspaniyanın iqtsadiyyat naziri Luis de Qindosun namizədliyini dəstəkləyəcəyini bildirib.

Növbəti Avroqrup rəhbərinin kimliyi gələn həftə Brüsseldə keçiriləcək sammitdə bəlli ola bilər.

Qeyd edək ki, Merkel və Raxoy rəsmi görüşdən əvvəl bazar günü, katolik zəvvarların marşrutu ilə simvolik gəzintiyə çıxıblar. Dövlət başçıları Müqəddəs İakov yolu ilə səkkiz kilometri piyada gediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.