Dünya

ABŞ niyə bu qədər rahatdır?

26 Avqust 2014 09:25
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dempsey İŞİD-in ABŞ üçün birbaşa təhdid olduğu təqdirdə hərəkətə keçəcəklərini bildirir

ABŞ Baş qərargah rəisi Martin Dempsey terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD) ölkəsinə istiqamətli birbaşa bir təhdid halına gəlməsi vəziyyətində təşkilatın Suriyadakı davamına qarşı hərəkətə keçəcəklərini açıqlayıb.

Anspress-in məlumatına görə, Əfqanıstanı ziyarət edəcək Dempsey təyyarədə jurnalistlərə verdiyi müsahibədə: "İraqdakı İŞİD xadimlərinin ABŞ torpaqlarına birbaşa təhdid halına gəldiyinə qərar versək, ABŞ ordusunun Suriyada təşkilata qarşı birbaşa hərəkətə keçməsi əmri verilər", - dedi.

Dempsey, digər tərəfdən İŞİD-in hələ regional bir təhdid meydana gətirdiyinə, ABŞ-da və ya Avropada hücumlar tənzimləmə ya da planlaşdırma qabiliyyətinə sahib olmadığına inandığını bildirir.

Martin Dempsey İŞİD-in təxribata uğradılmasında Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədə kilid əhəmiyyətə sahib müttəfiqlərin ABŞ-a dəstək verəcəklərinə istiqamətli inancını da dilə gətirdi.

ABŞ Baş qərargah rəisi: "İŞİD-in çox mərhəmətsiz olduğu və özünü, sözünü etdiyim hər kəsi açıq-aşkar təhdid edən, radikal dini bir qanunlara sığındığını düşünürəm", - deyərək, bölgədəki müttəfiqlərin bu mübarizəyə könüllü olaraq şərik olacaqlarını düşündüyünü bildirdi.

İŞİD-i ABŞ və Avropada hücumlar planlayan və hücumlara təşəbbüs edən, mərkəzi Yəməndə olan Əl-Qaidə təşkilatı arasında müqayisə edən Dempsey bu ana qədər İŞİD-in "ABŞ torpaqlarına qarşı aktiv bir hücum planıyla məşğul olduğuna" dair hər hansı bir işarə olmadığını, bunun Yəməndə gördüklərindən fərqli bir vəziyyət olduğunu ifadə etdi.

Dempsey İraqda təşkil etdikləri hava hücumlarının, müqavimətçilərin sürətinin kəsilməsinə kömək etdiyini "İŞİD-in çox güclü və ya edilməz olduğu" istiqamətindəki düşüncələri yıxdığını bildirir.

Bu arada ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən xəbərə görə, ölkə təyyarələri və uzaqdan idarə olunan pilotsuz hava vasitələriylə təşkil edilən hücumların birində, Mosul Anbarı ətrafında İŞİD'ə aid bir "humvee" tipli vasitənin, digər hücumda da Erbil yaxınlığında yenə İŞİD-ə aid bir silahlı vasitənin vurularaq yox edildiyi qeyd edilir.

Əməliyyatda vəzifə alan bütün təyyarələr və pilotsuz hava vasitələrinin daha sonra bölgədən etibarlı şəkildə ayrıldığı vurğulanır.

CENTCOM açıqlamasında, 8 avqustdan etibarən ABŞ ordusunun İraqda cəmi 96 hava hücumu təşkil etdiyi, bunların 62-sinin Mosul Anbarı yaxınlarında İraq qüvvələrinə dəstək məqsədli ilə icra edildiyini bir daha qeyd edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.