Dünya

İsrail bombası jurnalisti öldürdü

26 Avqust 2014 09:11
0 Şərh     Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail ordusunun Qəzzanın şərqindəki Şucaiyye məhəlləsinə təşkil etdiyi artilleriya hücumlarında fələstinli bir jurnalist həyatını itirib.

Anspress-in məlumatına görə, Qəzzadakı Səhiyyə Nazirliyi sözçüsü Əşrəf əl-Kudra İsrailin Şucaiyye Məhəlləsinə təşkil etdiyi top hücumunda Abdullah Mürtəza adlı bir jurnalistin həyatını itirdiyini söylədi. Jurnalistin 25 yaşında olduğunu və Əl-Əqsa Media Network üçün çalışdığını ifadə edən Kudra beləcə hücumların başlamasından bu yana ölən jurnalistlərin sayının 14-ə yüksəldiyini ifadə etdi. Bu vaxt hücumların 50-ci günündə həyatını itirən fələstinlilərin sayının isə 9-a yüksəldiyi qeyd olundu.

İsrailin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 2 min 132-dir. 10 min 895 adam isə yaralanıb.

Digər tərəfdən İsrail ordusu dünən gecə yarısından bu yana Qəzzada 70 hədəfin vurulduğunu açıqlayıb. Ordudan edilən şərhdə: "Gecə yarısından etibarən Qəzzada 70 hədəf vuruldu", - deyildi.

İsrail mətbuatında iştirak edən xəbərlərdə isə səhər saatlarından bu yana İsrail şəhərlərinə 120 raket atıldığı irəli sürülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.