Dünya

Şok kadrlar: evi başına uçan başından daş tökdü - VİDEO - FOTO

26 Avqust 2014 09:21
3 Şərh     Baxış: 2 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağır xəstəliklərdən biri sayılan yan amiotrofik skleroz (Amyotrophic lateral sclerosis, ALS) xəstələrinə yardım məqsədilə keçirilən "İce Bucket Challange" ("Buzlu vedrə çağırışı") aksiyası dünya miqyasında yayılıb.
 

Başlarına buzlu su tökməzdən əvvəl tanıdıqları və ya adlarını eşitdikləri insanlara çağırış edən insanlar videoları yayılandan sonra çağırış edilən şəxs bu əməli təkrarlamazsa, ALS xəstələrinə yardım fondlarından birinin hesabına 100 dollar köçürməlidir.

Fələstinin Qəzza bölgəsində isə bu aksiyaya özünəməxsus cavab verilib.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, fələstinli jurnalist Əyman əl Əlül "Bir vedrə daş çağırışı" ("Rubble Bucket Challange", RBS) aksiyasına başlayıb. Sosial şəbəkələrdə "#rubblebucketchallenge" heşteqi ilə populyarlaşmağa başlayan aksiyanın banisi olan Əlül Qəzza bölgəsində İsrailin raket-bomba zərbələri nəticəsində xarabazara dönərək viran qalmış məhəllələrdən birində duraraq içində daş və beton qırıqları olan ləyənin başından aşağı endirilməsini videoya çəkdirib.
 

"ALS aksiyasına biz də qatılmaq istərdik. Lakin bura Fələstindir, Qəzzadır və su qızıl qiymətinədir. Su qıtlığıdır, İsrail bizim suyumuzu kəsib. Buz da azdır. Buzu xəstəxanalara, yaralı qocalara, qadınlara və uşaqlara daşıyırıq. Üstəlik, İsrail Qəzzanın işığını da kəsdiyi üçün suyu buza çevirmək müşkül məsələdir. Ona görə də başımdan daş tökürəm. Çünki İsrailin bombardmanları nəticəsində evlərimizin daşları başımıza uçur, xəstəxanalardakı xəstələrin başına daşlar yağır. Başıma tökəcəyim daşlar İsrailin viran qoyduğu məktəbin qalıqlarıdır.
 

Bu məktəbdə 320 uşaq oxuyurdu. Onlardan indi yalnız 3 nəfər sağdır - yerdə qalanları İsrail bombardmanlarında həlak olub. Qəzzadakı bu faciədən siz də xəbərdar olun. Bizə pul, maddi yardımlar gərək deyil. Bizə mənəvi dəstək olun, mübarizəmizə həmrəylik göstərin. Qəzzadakı qadınları, uşaqları, qocaları ölməyə qoymayın. Başıma bu daşları töküb evə qayıdandan sonra bəlkə yuyunmağa su tapdım, kim bilir", - Əyman əl Əlül deyib.
 

Dünən bu aksiya sosial şəbəkələrdə "#RemainsBucketChallenge", "#rubblebucketchallenge" və "#dustbucketchallenge" heşteqləri ilə dəstəklənib.

Fələstinin Qəzza bölgəsində İsrailin hərbi əməliyyatlara başladığı iyulun 8-dən bəri orada 2119 nəfər həlak olub. Ölənlərin 431 nəfəri uşaqlardır.
 

Milli.Az
 



Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.