Dünya

Moskva metrosunun bakılı rəisi istefaya göndərildi

22 İyul 2014 13:14
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 22-də Moskva meri Sergey Sobyanin paytaxt metropoliteninin rəisi İvan Besedini tutduğu vəzifədən azad edib.

Milli.Az "Mediaforum"a istinadən xəbər verir ki, 1954-cü ildə Bakıda doğulan İvan Besedin metropoliten rəisi postuna 2011-ci ilin fevralında təyin olunmuş, onunla 5 il müddətinə müqavilə imzalanmışdı.

İyulun 15-i Moskva metrosunda "Park Pobedı" və "Slavyanski bulvar" stansiyaları arasında üç vaqon aşıb. Rəsmi məlumatlara görə, qəzada 23 nəfər həlak olub, 150-dən çox adam yaralanıb.

Moskva metrosunun rəhbəri postuna Rusiya Dəmir Yolunun sürətli hərəkət xidmətinin rəhbəri Dmitri Peqov gətirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.